YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı Ermənistanın isterik davranışları anlaşılan deyil

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı Ermənistanın isterik davranışları anlaşılan deyil. Azərbaycan hərbçiləri Ermənistan ərazisində deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz daxilində mövqe tuturlar. Delimitasiya ilə bağlı vəziyyəti gərginləşdirmək cəhdləri Ermənistandakı daxili siyasi proseslərdə olan gərginlik və qeyri-sabitlikdən irəli gəlir. Bütün bunların seçkiqabağı dövrdə baş verməsi də bunu təsdiqləyir.

Bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan dövlət sərhədində son dövrlərdə baş verən erməni təxribatlarını şərh edərkən bildirib. Qeyd edilib ki, Ermənistanda bu vəziyyətdən istifadə edən siyasi qüvvələr seçkiqabağı kampaniyada rəqiblərinə zərbə vurmağa çalışırlar: “Ümumiyyətlə, biz bu tendensiyanı çox zərərli hesab edirik, onu üçtərəfli Bəyanatın icrasına və bölgədəki sabitliyə zərbə kimi qəbul edirik”, - deyə nazir vurğulayıb.