YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sidneydə yaşayan soydaşlarımız 28 May – Respublika Günü münasibətilə fləşmob təşkil ediblər

Avstraliya İttifaqının Sidney şəhərində yaşayan soydaşlarımız 28 May – Respublika Gününün 103-cü ildönümü münasibətilə fləşmob təşkil ediblər.

Sidneyin məşhur “Opera House” teatrının qarşısında bir araya gələn 11 azərbaycanlı gənc “Yallı” rəqsini ifa edib.

Azərbaycan müsiqisinin sədaları altında birlik və həmrəyliyi nümayiş etdirən gənclərimiz bu maraqlı fləşmobu 103 il öncə ölkəmizin adını demokratik dövlətlərin sırasına yazan Cümhuriyyətin qurucularına və ötənilki 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbəyə həsr ediblər.