YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstriya beyin mərkəzlərinin rəhbərləri: Münaqişə həllini tapıb və indi əməkdaşlıq məsələlərini nəzərdən keçirmək olar

Cənubi Qafqaz bütün dünya üçün mühüm region olmaqla yanaşı, həm də həssas və strateji bölgədir. Bu regionda sülh və sabitlik təkcə burada yerləşən ölkələr üçün yox, hər kəs üçün mühüm əhəmiyyət daşıyır.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Vyanada Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşündən sonra bu ölkənin sabiq müdafiə naziri, Avropa və Təhlükəsizlik Siyasəti İnstitutunun prezidenti Verner Fasslabend bildirib.

Cənubi Qafqazın perspektivlərini öyrənmək baxımından azərbaycanlı nazirlə görüşü yaxşı fürsət kimi dəyərləndirən Verner Fasslabend deyib: “Bu görüşün Avstriya-Azərbaycan əlaqələrinin inkişafı baxımından da xüsusi əhəmiyyəti var. Beyin mərkəzləri olaraq biz bu əlaqələrin daha da genişlənməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Yaxın Şərq və Balkan Araşdırmaları İnstitutunun rəhbəri, professor Anis Bayrektareviç bildirib ki, münaqişə artıq bitib və indi bölgədə dinc inteqrasiya üçün addımlar atılır. “Bu bölgədə iki ölkə arasında dinc inteqrasiyaya, davamlı sülhə nail olmaq mümkün olsa, onda bu, dünyanın bütün digər münaqişə bölgələri üçün yaxşı nümunə olacaq. Bu gün, eyni zamanda, Avropanın ümumilikdə Xəzər regionu ölkələri ilə səmərəli əməkdaşlıq perspektivlərini müzakirə etdik. Əlbəttə, münaqişə həllini tapdığı üçün indi əməkdaşlıq məsələlərini nəzərdən keçirmək olar”, - deyə professor qeyd edib.