YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ülviyyə Axundova: İmzalanacaq sülh sazişi Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə səbəb olacaq

“Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişi regionda ciddi əməkdaşlıqlara zəmin yarada bilər”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında YAP Gənclər Birliyinin üzvü Ülviyyə Axundova deyib.

O bildirib ki, sülhün bərqərar olması yeni əməkdaşlıqlara səbəb olacaq: “Bu əməkdaşlıqlar yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin açılmasına gətirib çıxaracaq. Həmçinin, Cənubi Qafqaz ölkələrində iqtisadi rifahın artmasına səbəb olacaq. Azərbaycan sülhə əlini uzadır. Bu məqsədlə Ermənistan tərəfinə humanitar, iqtisadi və kommunikasiya xarakterli jestlər edib. Təəssüf ki, Ermənistan hələ də bu təkliflə bağlı heç bir reaksiya nümayiş etdirməyib. Hesab edirəm ki, regionun gələcəyi üçün sülh olması vacibdir. Həmçinin, sülh müqaviləsi və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması çoxillik münaqişəyə birdəfəlik son qoya bilər. Eyni zamanda, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, iqtisadi cəhətdən ciddi problemlərlə üz-üzə olan Ermənistanın iqtisadi dirçəlişinə gətirib çıxara bilər. Həmçinin, ölkələr arasında siyasi, iqtisadi, humanitar əlaqələrin qurulması və inkişafını şərtləndirəcək. Nəticədə isə imzalanacaq sülh sazişi Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə səbəb olacaq”.