YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Braziliyanın bir sıra siyasi və ictimai xadimləri Respublika Günü münasibətilə Azərbaycanı təbrik ediblər

Braziliyanın “Rede TV” kanalının “O Mundo in Foco” proqramında bu ölkənin bir neçə siyasi və ictimai xadiminin 28 May - Respublika Günü münasibətilə Azərbaycana videomüraciət formatında təbrikləri yayımlanıb.

Bu barədə ölkəmizin Braziliyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, proqram çərçivəsində təqdim olunan Braziliya Federativ Respublikasının Senatında Azərbaycanla dostluq qrupunun sədri, Senatın sabiq sədrinin birinci müavini, hazırda Braziliya tərəfindən Latın Amerikası və Karib Parlamentinin vitse-spikeri olan senator Antonio Anastasia, Konqresdə Azərbaycanla dostluq qrupunun sədri, konqresmen Klaudio Kojado və onun müavini konqresmen David Suares, professor Leyla Bijos, “Ecpaco Caspio” internet xəbər portalının yaradıcısı Joao Xavier, yerli yazıçı Andrea Kandido və jurnalist-politoloq Milton Atanzionun təbriklərində xalqımızın ünvanına ən xoş arzular çatdırılıb.

Azərbaycan-Braziliya münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyinə əminliklərini bildirən iştirakçılar ölkəmizin dünya miqyasında tutduğu layiqli yeri və oynadığı mühüm rolu haqqında fikirlərini bölüşüblər.

Aparıcısı jurnalist Fabiana Seyhan olan proqram növbəti gün təkrar efirə gedib.