YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəsli Nəbiyev: Müharibədən sonra yaranan yeni reallıq bizdən yeni informasiya siyasəti tələb edir

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda keçirdiyi konfransın məqsədi informasiya siyasətinə yeni yanaşma sərgiləməyi şərtləndirirdi”. “Yeni TV”-nin canlı yayımında konfransın əhəmiyyətindən danışan YAP-ın Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev bildirib ki, bu gün Azərbaycanla Ermənistan arasında informasiya savaşı tarixən heç olmadığı qədər intensiv həyata keçirilir: “İnformasiya savaşında məlumatları keyfiyyətli şəkildə cəmiyyətə, dünya ictimaiyyətinə təqdim etməyin yolu bu cür sivil platformalardan keçir. Prezident İlham Əliyev həmin konfransda Azərbaycanın bundan sonra regionda gələcək strategiyasını, gələcək baxışını çatdırdı. İnformasiya siyasətinin yeni reallıqlar fonunda, yeni reallıqlara uyğunlaşdırılması baxımdan Nizami Beynəlxalq Mərkəzi çox mühüm əhəmiyyətə malikdir".