YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatının fəalları şəhid və qazi ailələrini ziyarət ediblər

YAP Qaradağ rayon təşkilatının fəalları və Qaradağ rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində yaşayan Vətən Müharibəsi şəhid və qazi ailələrini ziyarət ediblər.

Rayon təşkilatının fəalları şəhid və qazi  ailələrinin vəziyyəti ilə maraqlanıb, onlara qəhrəman oğul böyütdüklərinə görə təşəkkür ediblər.

Bildirilib ki, Azərbaycan xalqı öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir , hər zaman onların bu igidliyini  uca tutacaqdır.

Şəhid və qazi ailələri göstərilən diqqətə görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevayə  öz təşəkkürlərini bildiriblər.