YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatının fəalları şəhid ailəsini ziyarət ediblər

YAP Ucar rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı”aksiyası çərçivəsində rayonun Şahlıq kəndində şəhid Şükürov Rövşən Əlövsət oğlunun məzarını ziyarət ediblər.

Həmçinin, şəhidin oxuduğu Şahlıq kənd tam orta məktəbində “Şəhidlər” lövhəsi qarşısında məktəblilərin çıxışları dinlənilib, şəhidin anası Gülüstan Şükürova ilə görüş keçirilib.

Şəhid anası göstərilən diqqət və qayğı üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

 

DİGƏR Xəbərlər Arxiv