YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya XİN rəhbəri Cənubi Qafqazda bütün kommunikasiyaların açılmasının mümkünlüyünü bəyan edib

Biz Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Cənubi Qafqazda çox səmərəli iş aparmışıq.

RF xarici işlər naziri Sergey Lavrov bu fikri “Novoye znaniye” (“Yeni bilik”) forumundakı çıxışında səsləndirib.

S.Lavrov deyib: “Biz Azərbaycan-Ermənistan münasibətlərinin və bütövlükdə Cənubi Qafqazda vəziyyətin normallaşdırılmasına kömək edirik. Belə bir vaxtda, 1990-cı illərin əvvəlindən Qarabağ münaqişəsi ucbatından bağlı qalan bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının, o cümlədən bizim vasitəçiliyimiz sayəsində, açılması üçün imkan yaranıb”.