YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Hacıqabul rayon təşkilatının nümayəndələri şəhid Hüseynov Nicat Adil oğlunun məzarını və ailəsini ziyarət ediblər

YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov və partiya fəalları rayonun Meyniman kəndindən olan Şəhid Hüseynov Nicat Adil oğlunun məzarını və ailəsini ziyarət ediblər.

Onlar Şəhid ailəsinin qayğıları və şəhidin övladları ilə maraqlanıblar. Görüşdə YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışıb. O, bildirib ki, Şəhid ailələrinin, qazilərimizin məişət şəraiti günü-gündən yaxşılaşdırılır, onlara yeni mənzillər verilir, xüsusi təqaüd və müavinətlər ödənilir. Bu işlər biləvasitə Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri əsasında görülür.

Şəhid atası Adil Hüseynov Şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirib.