YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Əfəndiyev: Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının hazırladığı 3-cü hesabat müzakirə mərhələsindədir

“Bəzi böyük dövlətlər hələ ilk hesabatlarını təqdim etmədikləri halda, Azərbaycan  Dayanıqlı İnkişaf üzrə iki milli hesabatını BMT-nin ali qurumuna təqdim edib”.

Bu fikirləri “Yeni TV”-nin canlı yayımında Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan 2017 və 2019-cu illərdə iki könüllü hesabatını BMT Baş Assambleyasına təqdim edib: “Hazırda üçüncü hesabat da Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən hazırlanıb, sənəd indi müzakirə mərhələsindədir. Yeri gəlmişkən, 2-3 həftə öncə Milli Məclisdə də hesabat millət vəkilləri tərəfindən dinlənilib. Həm yüksək tərtibatına, həm də Azərbaycan hökumətinin bu hədəflərə çatmaq, məqsədləri reallaşdırmaq üçün hökumətin hərtərəfli inkişafı qiymətləndirilib”.

M.Əfəndiyev bildirib ki, bu yanaşma ilə bir çox sahələrdə olduğu kimi, Azərbaycanın dayanıqlı inkişaf məqsədləri istiqamətində gördüyü işlər də model formatında BMT-yə üzv olan digər dövlətlər üçün nümunə ola bilər.

Dayanıqlı inkişaf məqsədlərinin fəlsəfəsindən danışan Məzahir Əfəndiyev qeyd edib ki, bu, daha yaxşı həyatın qurulmasını, insanların yaradılmış imkanlara əlçatanlılığının təmin edilməsini nəzərdə tutur: “Xüsusi şüar da belədir ki, heç kim kənarda qalmasın. Yəni məqsədlərə çatmaq üçün dünyada yaşayan bütün insanların yaradılmış imkanlara əlçatanlılığı təmin edilməlidir”.