YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Qırğızıstan arasında müdafiə və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikasının müdafiə naziri Abibilla Kudayberdiyev ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, A.Kudayberdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, sonra isə Şəhidlər xiyabanında, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə əklillər və gül dəstələri qoyulub.
Sonra Müdafiə Nazirliyində A.Kudayberdiyevin rəsmi qarşılanma mərəsimi keçirilib.
Rəsmi protokola uyğun olaraq qonaq “Şərəf kitabı”nı imzalayıb.
Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə iki ölkə arasında müdafiə, o cümlədən hərbi təhsil sahəsində əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri general-polkovnik Z.Həsənov Ermənistanın bölgədəki sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Qonaq dövlətlərimizin əlaqələrinin möhkəm dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını qeyd edib.
Sonra Azərbaycan-Qırğızıstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Qırğız Respublikasının ölkəmizdəki səfiri Aycigit Buranov da iştirak edib.
Səfər fevralın 13-dək davam edəcək.

 

DİGƏR Xəbərlər Arxiv