YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Azərbaycan xalqı qalib xalqdır

“Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ölkə Prezidentinin düzgün qurduğu strategiya nəticəsində, ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində mümkün oldu”. Bu fikri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Cavid Osmanov bildirib ki, dövlətimizin başçısının həm diplomatik müstəvidə, həm də informasiya müharibəsində uğurlu siyasəti sayəsində Azərbaycan Vətən müharibəsində qalib gəlməyi bacardı. Azərbaycan XXI əsrin müharibəsini apardı və burada əsgər, gizir və zabitlərimiz böyük qəhrəmanlıq göstərdi.

“Cənab Prezident İlham Əliyev ötən  17 il ərzində Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması, iqtisadiyyatmızın gücləndirilməsi, Azərbaycanın böyük enerji layihələrin təşəbbüskarı kimi çıxış etməsi və bu layihələrin reallaşdırılması, Azərbaycanın nəqliyyat və logistika dəhlizinə çevrilməsi istiqamətində böyük işlər gördü. O cümlədən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi dövründə vətənpərvər gənclərin yetişdirilməsi və ümumilikdə cənab Prezidentin bütün platformalarda Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində apardığı məqsədyönlü siyasət, bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüzü tanıyan sənədlərin qəbul edilməsi, ordu quruculuğu, xalq-iqtidar birliyi torpaqlarımızın işğaldan azad edilməsini təmin etdi. Artıq Azərbaycan xalqı qalib xalqdır. Cənab Prezidentin uzaqgörənliyi, prinsipallığı və qətiyyəti nəticəsində bu qələbəni əldə etdik”,-deyə deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv