YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Teymur Həsənovun məzarını ziyarət ediblər

2021-ci il tarixi şəhid, qəhrəman döyüşçümüz Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının bir qrup fəal üzvü şəhid Həsənov Teymur Mahal oğlunun doğum günündə II Fəxri Xiyabanda onun məzarını ziyarət edib.

Daha sonra təşkilatın fəalları şəhidin ailəsini  ziyarət edib, qayğıları ilə maraqlanıblar.

Ziyarət zamanı YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı dövlətimizin, şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid, qazi və müharibə veteranlarına olan qayğısından danışıb, şəhidlərimizin işıqlı xatirəsinin gələcək nəsillərin yaddaşında və qəlbində əbədi yaşayacağını qeyd edib. O, bildirib ki, bu gün dövlət başçımızın şəhid ailələrinə göstərdiyi böyük diqqət cəmiyyətin hər üzvü üçün örnək olmalıdır.

Qeyd edək ki, şəhid Həsənov Teymur Mahal oğlu 44 günlük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Prezidentimiz İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

DİGƏR Xəbərlər Arxiv