YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Azərbaycanın investisiyalarına arxalanır

Rusiya ölkənin mərkəzi və cənub regionlarında kənd təsərrüfatı məhsulları üçün logistika mərkəzlərinin tikintisi layihələrində azərbaycanlı investorların iştirakına arxalanır.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə Bakıda səfərdə olan Rusiya Federasiyası Hökuməti sədrinin müavini Arkadi Dvorkoviç bildirib.

A.Dvorkoviç qeyd edib: "Tərəfdaşlarımız Moskva vilayətində yaxşı logistika mərkəzi inşa ediblər və Azərbaycan malları artıq bu mərkəzə daxil olmağa başlayıb. Beləliklə, Moskva Azərbaycan mallarına daha cəld və etibarlı çıxış əldə edib”.

Onun sözlərinə görə, Rusiya hökumətinin planlarına daha bir neçə mərkəzin tikintisi daxildir: "Biz bu investisiya planlarının dəstəklənməsi üçün federal büdcəyə subsidiyalar qoymuşuq. Azərbaycanlı tərəfdaşların Rusiyanın mərkəzi və cənub regionlarındakı həmin layihələrə sərmayə qoyacaqlarına çox ümid edirəm".

 

DİGƏR Xəbərlər Arxiv