YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tovuz rayon təşkilatının iclası keçirilib

Martın 19-da YAP Tovuz rayon təşkilatının onlayn formatda iclası keçirilib. İclasda İdarə Heyyətinin üzvləri, böyük ərazi təşkilatlarının sədrləri, gənclər, təhsil işçiləri, ziyalılar iştirak ediblər.

İclası açan rayon təşkilatının sədri Məzahir Bayramov Yeni Azərbaycan Partiyasının bu il martın 5-də keçirilmiş VII qurultayı, qurultayın keçirilməsini zəruri edən səbəblər və qurultayın qəbul etdiyi qərarlar barədə ətraflı məlumat verib. Bildirib ki, Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar partiya fəaliyyətinin və dövrün xarakterinə uyğun qurulmasını tələb edir və bunlar qurultayın materiallarında da öz əksini tapıb. Sonra o, qurultayda Prezident İlham Əliyevin konseptual xarakterli çıxışı ilə əlaqədar görüləcək işlərdən, qarşıda duran vəzifələrdən bəhs edib.

İclasda çıxış edən rayon Təhsil Şöbəsinin müdiri Elmira Mürşüdlü, təşkilatın İdarə Heyətinin üzvü Fərman Qurbanov, Gənclər Birliyinin sədri Nihad Pənahov indiki dövrdə gənc nəslin tərbiyə edilməsinə xüsusi diqqət yetirilməsi, ölkənin müstəqilliyini hər şeydən üstün tutmaq ruhunda böyümələri üçün fasiləsiz iş aparılmasının zəruriliyini qeyd ediblər. Eyni zamanda YAP üzvlərinin bundan sonra daha fəal olmaları, partiya təşkilatlarının müvafiq ərazilərdə vəziyyətə daha dərindən nüfuz etmələri üçün müvafiq tədbirlər görülməsi barədə təkliflərlə çıxış ediblər.

Sonda M.Bayramov tədbir iştirakçılarını Novruz Bayramı münasibətilə təbrik edib, partiya qurultayının qərarlarının yerinə yetirilməsi işində onlara uğurlar arzulayıb.