YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Cəlilabad rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər

YAP Cəlilabad rayon təşkilatının fəalları martın 18-də  “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Göytəpə şəhərində şəhid Cəfərov Vüsal Sərhədxan oğlu və Qarakazımlı kəndində şəhid Abdullayev Tosif Vidadi oğlunun ailə üzvlərini ziyarət ediblər.

Ziyarətçilər ailələrin qayğıları, problemləri ilə maraqlanıb və həlli istiqamətində mümkün tədbirlərin görülməsi üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılacağını bildiriblər. Eyni zamanda, ailələri Novruz sovqatları ilə qarşıdan gələn bayramlarını təbrik ediblər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə ediblər.

 

DİGƏR Xəbərlər Arxiv