YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatı "Şəhid ailələrinə qayğı" aksiyasını davam etdirir

YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov və təşkilatın üzvüləri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Ağayev Ağa Əli oğlunun ailəsini ziyarət etmişlər.

Təşkilatın sədri D.İbramxəlilov Prezident İlham Əliyev və Birinci vitse- prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğısından söhbət açmış və müxtəlif sosial layihələrin gələcəkdə də davam etdirələcəyini bildirmişdir.

Şəhidin atası Əli Ağayev onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq etmişdir.

Qeyd edək ki, işğal altındakı ərazilərimizin azad olunması zamanı şəhid olmuş Ağayev Ağa Əli oğlu Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

DİGƏR Xəbərlər Arxiv