YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Məmmədov: Azərbaycan Ordusu yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərlərdən ibarətdir

“Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 15-də Füzuli və Xocavənd rayonlarına səfər etdilər. Cənab İlham Əliyev səfər zamanı Azərbaycan ordusunun qələbəsi, tarixi ədaləti bərpa etməsi və ermənilərin törətdikləri vəhşiliklərlə bağlı bir çox vacib məqamlara toxundu. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərərək şərəfli missiyasını uğurla yerinə yetirdi, düşməni əzəli torpaqlarımızdan qovdu, düşmən üzərində mütləq qələbəsini təmin etdi, tarixi ədaləti bərpa etdi. Ordumuz təkcə yeddi rayonu deyil, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini düşməndən azad etdi”. Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərlərdən ibarətdir, Ordumuz heç zaman mülki əhaliyə qarşı müharibə aparmadı, ancaq erməni hərbi birləşmələrinə qarşı döyüşdü. 1990-cı illərin əvvəllərində Xocalı soyqırımını törədən Ermənistan ordusunun əli 2020-ci ildə də bir çox azərbaycanlı günahsız mülki vətəndaşın qanına batdı. Bu erməni vəhşiliyinin ən bariz nümunələrindəndir. Prezident İlham Əliyev səfər zamanı çıxışında Hadrut şəhərinin işğaldan azad olunmasının hərbi və siyasi əhəmiyyətinə də xüsusi toxundu. Cəbrayıl rayonundan sonra Hadrutun azad edilməsi Azərbaycan Ordusunun hərbi əməliyyatları davam etdirməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düzgün strategiya seçərək əvvəlcə Hadrutu sonra Füzulini işğaldan azad etdi. Ermənistan ordusu isə Azərbaycan Ordusunun digər istiqamətlərdən hücum edəcəyini gözləyirdi. Ancaq ordumuz çətin döyüş şəraitinə baxmayaraq, sıldırım qayalardan keçərək növbəti mərhələdə Şuşanı işğaldan azad etdi.

DİGƏR Xəbərlər Arxiv