YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatının nümayəndələri şəhid Rəsul Qazımətovun ailəsini ziyarət edib

YAP Qusar rayon təşkilatı Novruz bayramı ərəfəsində "Şəhid ailələrinə qayğı" devizi ilə humanitar aksiyaları davam etdirir. Martın 16-da  rayon təşkilatının sədri David İbramxəlilov və sədr müavini, Qusar bələdiyyəsinin sədri Əlfəddin İbrahimov Vətən müharibəsinin şəhidi Qazımətov Rəsul Kəmaləddin oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə təşkilatın nümayəndələri ailənin qayğıları ilə maraqlanıb və onları narahat edən məsələlərə xüsusi diqqətlə yanaşacaqlarını bildiriblər.

Söhbət əsnasında şəhidin valideyni ölkə rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıya görə razılığını bildirib, oğlunun vətən torpaqlarının azad edilməsi zamanı şəhidlik zirvəsinə ucadılması ilə fəxr etdiyini qeyd edib. Şəhidin atası Kəmaləddin Qazımətov özünün  Əfqanistan müharibəsinin veteranı olduğunu deyib. K.Qazımətov YAP Qusar rayon təşkilatının ilk yaradacılarındandır. O, 1993-cü ilin fevral ayından partiyanın üzvüdür.

Qeyd edək ki, şəhid Rəsul Qazımətov 14 iyun 2001-ci ildə Qusar rayonun Qayakənd kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri R.Qazımətov Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Müharibədə göstərdiyi fədakarlığa görə R.Qazımətov "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Hərbi xidmətə görə" medalları ilə təltif olunub.

 

DİGƏR Xəbərlər Arxiv