YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müasir dövrün çağırışları: ailə institutu və dini dəyərlərin vəhdəti” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanmış “2015-2016–cı illər üçün birgə işin təşkilinə dair tədbirlər Planı”na əsasən fevralın 6-da növbəti konfrans keçirilib.
“Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti” adlı konfransda Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu və s. aktual mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova və DQİDK-in sədri Mübariz Qurbanlı son illərdə respublikada dövlət ailə siyasətindən və milli, dini dəyərlərin qorunmasında aparılan islahatlardan, perspektivlərdən və cəmiyyətin gündəlik problemlərindən danışıblar.
Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin tanınmış nümayəndələri, ilahiyyatçılar, dini icma rəhbərləri iştirak ediblər.

 

DİGƏR Xəbərlər Arxiv