YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qarabağın yenidən qurulmasında YAP gənclərinin rolu” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının Nərimanov və Suraxanı rayon təşkilatlarının  Gənclər birliklərinin birgə təşəbbüsü ilə “Qarabağın yenidən qurulmasında YAP gənclərinin rolu” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr əvəzi Ramin Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Gənclər və İdman Nazirliyinin“Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi” sektorunun müdiri Əli Məmmədov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Fərəh Məcidzadə və YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova çıxış ediblər. Çıxışlarda  bildirilib ki, 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusunun gücü, şücaəti sayəsində böyük Zəfərlə başa çatdı. Bu gün isə qarşımızda duran ən vacib məsələ Qarabağın yenidən qurulmasıdır. Biz güclü dövlətimizin görəcəyi işlərlə bir daha dünyaya sübut edəcəyik ki, bu torpaqların əsl sahibi bizik. Ermənilər 30 il ərzində cənnət olan bu torpaqları cəhənnəmə çeviriblər. Orada daşı-daş üstündə qoymayıblar. Biz müqayisəli şəkildə dünyaya göstərməliyik ki, torpağın əsl sahibi kimdir, torpağı işğal altında saxlayan, oranı talan edən, dağıdan kimdir.

Qarabağın yenidən qurulması prosesində hər kəsin iştirakının vacib olduğunu vurğulayan natiqlər, həmçinin, Yeni Azərbaycan Partiyası və gənclərinin bu proseslərdə fəal iştirak edəcəyinə əminlik ifadə ediblər.

Daha sonra YAP-ın  Nərimanov və Suraxanı rayon təşkilatlarını təmsil edən gənclər Qarabağın yenidən qurulması ilə bağlı fikirlərini bildiriblər.

 

 

DİGƏR Xəbərlər Arxiv