YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatında 2020-ci ilin yekunlarına həsr olunmuş toplantı keçirilib

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının İdarə Heyətinin videokonfrans formatında 2020-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

Tədbir Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

 Daha sonra tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov iclasın gündəliyini açıqlayıb. Vüqar Seyiov qeyd edib ki, tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası Ulu Öndərin öz xalqı qarşısında ən böyük xidmətlərindən hesab olunur. Cəmiyyətimizin sosial müdafiəçisi olan Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin inkişafı, cəmiyyətimizdə demokratik-sosial institutların fəaliyyəti və milli-mənəvi dəyələrin qorunması istiqamətində öz müqəddəs işinə davam edəcək.

2020-ci ildə görülən işlər haqqında ətraflı məlumat verən təşkilat sədri deyib ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı 2020-ci ildə öz fəaliyyətini partiyanın proqram və nizamnaməsi çərçivəsində, eləcə də təşkilatımızın tədbirlər və iş planlarına müvafiq şəkildə, səmərəli və günün tələblərinə uyğun qurub: “Çox təəssüf hissi ilə deməliyəm ki, ötən ilin birinci rübündən sonra bütün dünyanı öz cənginə alan pandemiya təşkilatımızdan da yan keçməmişdir. Tədbirlər planında olan bir çox tədbiri təəssüf ki, canlı ünsiyyət şəklində həyata keçirə bilməmişik. Zamanın diqtəsinə uyğun yeni iş perspektivi tərəfimizdən seçilmiş və müasir texnologiyanın bütün imkanları işimizdə tətbiq olunmuşdur”.

Vüqar Seyidov onu da vurğulayıb ki, 2020-ci ildə təşkilatın fəalları tərəfindən dövlətimizin və dövlət başçımızın siyasətinin təbliği üçün sosial şəbəkələrdə siyasi işin təşkili sahəsində ciddi işlər görülmüşdür. Bir il ərzində istər pandemiya, istər Vətən Müharibəsi, istərsə də digər mövzularda fəallarımız tərəfindən dövrü mətbuat vasitəsilə 100-dən artıq mövqe yazısı ilə çıxış edilmiş, televiziya kanallarına müsahibələr verilmiş, “Facebook, tvitter, instaqram” kimi sosial şəbəkə seqmentlərində yüzlərlə paylaşımlar edilmiş, sosial istiqamətli, maarifləndirici kampaniyalar təşkil olunmuşdur. Ümumilikdə YAP Suraxanı rayon təşkilatı tərəfindən 2020-ci il ərzində 105 tədbir keçirilmişdir ki, onlardan da 20 tədbir Qadınlar Şurası ilə, 51 tədbir isə Gənclər Birliyi ilə birgə həyata keçirilmişdir.

Gündəlikdəki digər  məsələ ilə bağlı çıxış edən YAP Suraxanı rayon təşkilatının şura üzvü İlahə Abdullazadə deyib ki, pandemiya dövründə yaşı 65-dən artıq olan təbəqənin günlük ehtiyaclarının qarşılaması, sosial yardımların, tibbi dezinfeksiya vasitələrinin vaxtında və istiqaməti üzrə daşınması, çatdırılmasını təmin etmək üçün Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının gənc könüllülərdən ibarət operativ qrupu formalaşdırılmışdır və pandemiyanın ən qızğın olduğu bir dönəmində, “Sağlamlığımız Milli Həmrəyliyimizdədir” “Biz Birlikdə Güclüyük” adlı, davamlılığa əsaslanan layihələr çərçivəsində 2000-ə yaxın ailəyə müxtəlif formatlı sosial xidmətlər göstərilmişdir.

Gündəlikdə növbəti məsələ ilə bağlı çıxış edən 23 saylı Şəhər Poliklinikası Ərazi İlk Partiya Təşkilatının sədri, 23 saylı Şəhər Poliklinikasının baş həkimi Sənan Əliyev bildirib ki, “Covid – 19” koronavirus pandemiyası dövründə vaksinasiya prosesinin rayon ərazisində kütləviliyin təmin olunması məqsədi ilə vətəndaşlar arasında maarifləndirmə işi təşkili yüksək səviyyədə həyata keçirilir.

Daha sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva ötən il ərzində rayon təşkilatı ilə müxtəlif səpkili tədbirlərdə iştirak etdiyini vurğulayıb, istər pandemiya dönəmində, istərsə də Vətən müharibəsi zamanı YAP Suraxanı rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib.

Sonda 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı YAP Suraxanı rayon təşkilatının Ərazi İlk Partiya Təşkilatlarına, o cümlədən Qadınlar Şurasına və Gənclər Birliyinə tədbirlərin təşkil olunması ilə bağlı tövsiyələr verilib.