YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sumqayıtda “Tək Millət, Tək Ürək” layihəsi çərçivəsində şəhid ailələri ziyarət olunub

Azərbaycan Türkiyə İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) dəstəyi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində Sumqayıtdakı şəhid ailələrinə sovqatların çatdırılmasına başlanılıb.

43 saylı Sumqayıt şəhər 3-cü seçki dairəsinin deputatı Emin Hacıyevin təşkilatçılığı ilə həmin dairəni əhatə edən şəhid ailələrinə sovqatların çatdırılması üçün Sumqayıta səfər edən qonaqları deputat Emin Hacıyev və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının l müavini Teymur Səmədov qarşılayıblar.

Deputat Emin Hacıyev bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti səfiri cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, Milli Məclisin deputatı Ramil Həsənə, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, layihənin həyata keçirilməsində xidmətləri olan hər kəsə dərin minnətdarlığını bildirib.

Daha sonra deputat Emin Hacıyev, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının I müavini Teymur Səmədov və qonqlar 43 saylı Sumqayıt şəhər 3-cü seçki dairəsinindən torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ailə üzvlərinə baş çəkib, sovqatlar çatdırblar. Deputat görüş zamanı şəhid ailə üzvlərinin qayğı və problemləri ilə maraqlanıb, təklif və müraciətlərini dinləyərək aidiyyatı qurumlarla birgə həll olunacağını bildirib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət dilənib.

Şəhid ailələrini ziyarət davam edəcək.