YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasında gənc qadın tədqiqatçılarla görüş

YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə BMT-nin təsis etdiyi 11 fevral - “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə onlayn formatda tədbir keçirilib.

Tədbirdə YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə Gəncədə fəaliyyət göstərən gənc qadın tədqiqatçılarla görüşüb.

Pərvin Kərimzadə tədbiri açaraq, tarixən Azərbaycan qadınının hər zaman intellekti və zəkası ilə seçildiyini bildirib, ölkənin elm, mədəniyyət, mətbuat tarixində, ictimai-siyasi həyatında onların rolu, gördükləri işlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Millət vəkili qeyd edib ki, ökəmizin elm və təhsil tarixində xüsusi yeri olan görkəmli qadın alimlərimiz Azərbaycan elmində önəmli izlər qoyublar.

“Bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib və onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir. Lakin bu gün ən vacib məsələ qızlar və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır”.

ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında keçirilən tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səsləndirdiyi bu fikirlər Azərbaycan qadınlarının elm sahəsində daha fəal olmalarına təkan verəcək - deyə Pərvin Kərimzadə bildirib.

Şəfa Musayeva, Aygün Əhmədova, Sevinc İmanova, Aynur Bəşirova, Gülnar Məmmədova və başqaları çıxış edərək ölkəmizi dünyada tanıdan qadın alimlərimizin fəaliyyətindən, dünya elminin sürətlə inkişaf etdiyi və bu sahədə böyük dəyişikliklərin baş verdiyi bir dövrdə qadınların elmə marağının artırılmasından, onların elmi- tədqiqat işlərinə daha fəal cəlb edilməsindən, qarşılaşdıqları problemlərin aradan qaldırılması yollarından söz açıblar.