YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Numan Kurtulmuş: Biz gələcəkdə birgə layihələrimizlə qlobal güc amilinə çevrilməliyik

“Qələbə münüsibətilə qəhrəman Azərbaycan ordusunu, Azərbaycan xalqını təbrik edirəm. Qarabağın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Türkiyə Azərbaycanın haqlı mübarizəsində daim onun yanında oldu. Prezident İlham Əliyevin liderli ilə Azərbaycan zəfər qazandı. Bundan sonrakı dövrdə görüləcək işlər həm Türkiyəyə, həm də Azərbaycana böyük fayda gətirəcək”. Bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş YAP və AKP-nin birgə təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan qardaşlığı: Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanları" mövzusunda keçirilən videokonfransda deyib.

Numan Kurtulmuş bildirib ki, Qarabağ zəfəri ilə regionda yeni dövr üçün əməkdaşlıq baxımından qapılar açıldı. Bu zəfər dünyanın yeni düzənə keçdiyi dövrdə xüsusilə əhəmiyyətlidir. Belə həssas dönəmdə Azərbaycan və Türkiyə xüsusilə güclü olmalıdır. Onun sözlərinə görə, hazırda Asiya, Avropa, Rusiya  və ABŞ iqtisadi imkanlarını genişləndirmək üçün müxtəlif layihələrlə çıxış edirlər. Bunların sırasında Çinin “Bir kəmər, bir yol” layihəsi cəlbedicidir.

AKP Sədrinin birinci müavini qeyd edib ki, ölkələrimiz arasında iqtisadi münasibətlər daha da inkişaf etdirilməlidir: “Biz indiyədək Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri vasitəsilə enerji sahəsində əməkdaşlıq edirik. TANAP layihəsi, Bakı-Tbilisi-Qars dəmiryolu xətti  də birgə həyata keçirdiyimiz layihələrin mühüm tərkib hissəsidir. İndi biz Qarabağ zəfərindən sonra yeni imkanlarımızı dəyərləndirməli, yeni layihələr həyata keçirməliyik. Geniş ortaq istehsal imkanları da ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm amildir. Azərbaycanın zəfərindən sonra bölgədə 6 ölkə arasında əməkdaşlıq imkanları yaranıb ki, bu da həmin ölkələrin rifahına əhəmiyyətli təsir göstərəcək. Naxçıvan üzərindən keçəcək yeni yol bu baxımdan əhəmiyyətli rol oynayacaq. Naxçıvan dəhlizinin açılması ön Asiya və Orta Asiyaya çıxış imkanlarımızı daha da genişləndirəcək. Hesab edirəm ki, biz gələcəkdə birgə layihələrimizlə regional aktordan qlobal güc amilinə çevrilməliyik”.