YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatının 2020-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında YAP Ağdaş rayon təşkilatının Şura üzvləri, ilk partiya təşkilat sədrləri, fəalları və Yeni Azərbaycan Partiyası İcra Katibliyinin məsul əməkdaşı Emil Abasov iştirak ediblər.

İclasda çıxış edən  YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov rayon təşkilatının 2020-ci il ərzində Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi əsasında fəaliyyət göstərərək işini rayon təşkilatının iş planına, YAP Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun qurduğunu bildirib.

Həmçinin YAP Ağdaş rayon təşkilatının 2021-ci ilin I yarımilliyi üzrə Fəaliyyət Planını təqdim edən Cavid Osmanov planın 25 bəndi əhatə edən 3 bölmədən - partiya təşkilat işi, ideoloji iş və tədbirlər bölmələrindən ibarət olduğunu bildirdi və keçirilməsi nəzərdə tutulan tədbirlər barədə danışıb.

Daha sonra müzakirələr aparılıb. Çıxış edən YAP Ağdaş rayon təşkilatı Şurasının üzvləri və ilk partiya təşkilat sədrləri görülən işlərdən danışıb, rayon təşkilatının üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd edib və 2020-ci ildə rayon təşkilatının fəaliyyətinin qənaətbəxş qiymətləndiriblər.

YAP İcra Katibliyinin məsul əməkdaşı Emil Abasov partiyanın Ağdaş rayon təşkilatı tərəfindən 2020-ci ildə geniş tədbirlər keçirildiyini bildirərək vurğulayıb ki, həm Milli Məclisə keçirilən seçkilər zamanı, həm pandemiya dövründə, həm də Vətən müharibəsi vaxtı rayon təşkilatının həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Qarşıda duran məsələlərdən danışan E.Abasov qeyd edib ki, rayon təşkilatı 2021-ci ildə öz fəaliyyətini daha da aktivləşdirməli, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən tədbirlərin rayon sakinləri arasında geniş təbliğ olunmasını təmin etməli, sosial şəbəkələrdə fəallığı daha da gücləndirməlidir.

Yığıncaqda hesabat məruzəsi və Fəaliyyət Planı qəbul edilib, YAP Ağdaş rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunub.

 

DİGƏR Xəbərlər Arxiv