YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatının 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat konfransı keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva rayon təşkilatının ötən ildəki fəaliyyəti barədə geniş hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, rayon təşkilatı hər il olduğu kimi çətin və mürəkkəb 2020-ci il ərzində də öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyyələrinə, eləcə də rayon təşkilatının Fəaliyyət Planlarına uyğun qurub. Ümummilli lider Heydər Əliyevin irsinin və dövlətçilik fəlsəfəsinin, Azərbaycançılıq məfkurəsinin araşdırılması, öyrənilməsi, geniş təbliğ edilməsi məqsədilə sistemli işlər görülüb. Rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən biri də ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin gördüyü işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarət olub.

Sonra rayon təşkilatının Şura üzvü Rəna Qasımova və təşkilatın Gənclər Birliyinin sədri Yusif Məmmədov çıxış ediblər.

YAP İcra Katibliyinin Təşkilatlarla iş şöbəsinin məsul əməkdaşı Emil Abbasov çıxış edərək YAP Ucar rayon təşkilatının ötən ilki fəaliyyətini yüksək qiymətləndirərək, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra təşkilatın 2021-ci il üçün müvafiq Fəaliyyət Planı müzakirə edilərək qəbul olunub.