YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkilinə dair məsələyə baxılıb. Belə ki, deputatlar Fəttah Heydərov, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov və Sədaqət Vəliyevadan ibarət İntizam komissiyası təşkil olunub.

Hesablayıcı komissiyaya isə İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc və Mixail Zabelin daxil edilib.

Hər iki məsələ parlamentin iclasında səsə qoyularaq təsdiqlənib.