YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Pakistan arasında hərbi aviasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub

Yanvarın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanı aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan hərbi pilotlarının Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən general-leytenant R.Tahirov ölkələrimizin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın, o cümlədən hərbi təhsil və digər sahələrdə əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

Aviasiya marşalı M.A.Xan, öz növbəsində, Pakistan Hərbi Hava Qüvvələrinin helikopter heyətlərinin Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçməsindən məmnunluğunu bildirərək bu fəaliyyətlərin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə tərəflər Azərbaycan və Pakistan hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və əlaqələrin daha da genişləndirilməsi, həmçinin birgə hərbi təlimlərin keçirilməsi məsələlərini müzakirə ediblər.

DİGƏR Xəbərlər Arxiv