YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Siyasət Akademiyasının “Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və onun iflası: tarixi, siyasi-diplomatik və hərbi qiymətləndirmə” mövzusunda videokonfrans formatında kursu keçirilib

Dekabrın 26-da Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının “Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və onun iflası: tarixi, siyasi-diplomatik və hərbi qiymətləndirmə” mövzusunda videokonfrans formatında kursu keçirilib.

Əvvəlcə kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov mövzu haqqında məlumat verib.

Sonra Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru, Milli Məcliisn deputatı Anar İsgəndərov mövzu ilə bağlı məruzə edib. O bildirib ki, ermənilərin bizim tarixi torpaqlarımıza köçürülməsindən sonra regionda mürəkkəb proseslər baş verib. Belə ki, son 200 ildə ermənilər tərəfindən xalqımıza qarşı qətliamlar törədilib, tarixi torpaqlarımızda kənar qüvvələrin dəstəyi ilə Ermənistan adlı dövlət yaradılıb.

Tarixdə baş vermiş hadisələri geniş təhlil edən millət vəkilinin sözlərinə görə, məqsəd “böyük Ermənistan” adlı məkrli bir ideyanı həyata keçirmək olub. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi də bu zərərli ideologiyanın tərkib hissəsi idi.

A.İsgəndərov qeyd edib ki, 1990-cı illərin əvvəlində Ermənistan torpaqlarımızın 20 faizini işğal etmişdi. Ötən müddət ərzində danışıqlar prosesi davam etsə də, Ermənistan müxtəlif bəhanələrlə danışıqlar prosesini uzadırdı. Bu məqsədlə, müxtəlif təxribatlar törədib. Nəhayət, bütün bunlar Azərbaycan xalqının səbr kasasını daşırdı. Bu ilin sentyabr ayında başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal altında olan torpaqlarımızı azad etdi.

Tarixçi alim söyləyib ki, biz bundan sonra da güclü olmalıyıq ki, düşmənlərimiz bir daha   ölkəmizə qarşı torpaq iddiasında olmağa cəsarət etməsinlər. Eyni zamanda, hər zaman gənclərimiz tariximizi dərindən öyrənməli, dostumuzun və düşmənimizin kim olduğunu unutmamalıdır.

Daha sonra kurs iştirakçılarının sualları cavablandırılıb.