YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında Sərəncam imzalayıb

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Sərəncam imzalayıb.

Sənəddə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçuların dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmələri əksini tapıb.