YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatında videokonfrans: “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan – İlham Əliyev”

Düşmən üzərində Böyük Qələbəmiz, yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin nümayişi ilə yanaşı 17 il əvvəl ölkə Prezidenti İlham Əliyev tərəfindən deyilən “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” sözlərinin birmənalı olaraq tam təsdiqi oldu.

Bu sözlər YAP Gəncə şəhər təşkilatının “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan – İlham Əliyev” mövzusunda keçirildiyi videokonfransda səsləndirilib.

Ağsaqqalların,YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyevin, millət vəkilləri PərvinKərimzadənin, Müşfiq Cəfərovun, ziyalıların, partiya fəallarının, ərazi ilk partiya təşkilatlarının sədrlərinin və gənclərin iştirak etdiyi onlayn konfransda 17 il ərzində Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi məqsədyönlü və praqmatik siyasətdən danışılıb, qeyd edilib ki, Azərbaycanın qüdrətinin artması ölkəmizin Vətən müharibəsində parlaq qələbəsini təmin etdi.

Vidokonfransın əlamətdar günə - Qalib Prezidentimizin doğum gühünə təsadüf etməsini qeyd edən iştirakçılar bu münasibətlə dövlətimizin başçısını təbrik edib, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.

Ağsaqqallardan Xaliq Qurbanov, millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə, Müşfiq Cəfərov, ziyalılardan Hüseyn Budaqov, Azad Bayramov, Şahmar Həsənov, Leyla Məmmədova, gənclərdən İman Müseyibov və digərləri çıxış edərək, hər zaman xalqına arxalanan, xalqdan güc alan Prezidentimizin 17 il əvvəl bəyan etdiyi strateji hədəflərin bu gün istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda, reallığa çevrilməsindən danışıb, qürurla qeyd ediblər: Bu gün milli və mənəvi dəyərlərə sadiq hər bir Azərbaycan vətəndaşı iftixar hissi ilə dövlətimizin Başçısını “mənim Prezidentim” adlandırır.