YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatı “İlham Əliyev qətiyyəti - 8 noyabr Zəfər günü! Möhtəşəm parad” mövzusunda videokonfrans formatında tədbir keçirib

Dekabrın 24-də  Yeni Azərbaycan Partiyası Şəmkir  rayon təşkilatı “ İlham Əliyev qətiyyəti- 8 noyabr Zəfər günü! Möhtəşəm parad ” mövzusunda videokonfrans formatında tədbir keçirib.

YAP Şəmkir rayon təşkilatının  qərargahında  keçirilən videokonfransda rayon təşkilatının sədri  Fəxrəddin Vəliyev,  idarə heyyəti və şura üzvləri, ərazi ilk partiya  təşkilat sədrləri,qadınlar şurası,  gənclər birliyinin üzvləri və partiya fəalları iştirak ediblər.                                                        

Tədbiri  giriş sözü ilə YAP Şəmkir rayon təşkilatının  sədri  Fəxrəddin Vəliyev açaraq  bildirdi ki, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev deyirdi ki, hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Ölkədəki və onun hüdudlarından uzaqlardakı böyük və sarsılmaz gücümüzü real təcrübədə gördük. Yaddaşımızda babalarımızın “El gücü, sel gücü”, “El bir olsa dağ oynadar yerindən” deyimləri yeni, əməli fəaliyyət müstəvisində təzələndi, azadlıq müharibəmiz xalqımızın min illərdən süzülüb gələn təmiz milli-mənəvi dəyərlərinin, azadlıq uğrunda mübarizə ruhunun imtahanı, onun dəyanətliliyinin və mətinliyinin ayarı sayıla bilən məhək daşı oldu.

Fəxrəddin Vəliyev  qeyd etdi ki, biz bu tarixi qələbəmizin şahidləri və iştirakçıları kimi əlbəttə çox sevinirik və vətənimiz, xalqımız, ordumuz üçün qürur hissi keçiririk. Bu Vətən müharibəsində müzəffər ordumuzun Qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, ordumuza və xalqımıza necə güc verdiyini izləməkdən və görməkdən iftixar duyuruq. Lakin etiraf edək ki, qələbənin miqyasını dərk etməkdə, necə deyərlər, onu həzm etməkdə, onun miqyası və mahiyyətini, keçmişin qara ləkəsini yuyub gələcəyə necə işıq saldığını layiqincə dəyərləndirməkdə hələ zamana ehtiyacımız var. Zaman ötdükcə dövlətimizin və ordumuzun bu tarixi qələbəsinin bütün tariximizi, milli varlığımızı, dövlətçilik ənənələrimizi, fiziki və mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacağıq. İlham Əliyevə 17 il ərzində xalqımızın mütləq əksəriyyətinin güvən və etibarı, onun şəxsiyyətinə, siyasi iradəsinə, vətənə və dövlətçiliyimizə sədaqətli xidmətinə xalqın inamı da bu tarixi qələbəmizdən sonra keyfiyyətcə yeni mərhələyə daxil oldu. Həm xalqımız, həm ordumuz, həm də Prezidentimiz üçün 44 günün hər biri şərəf, ləyaqət və qürür günü oldu. 44 günlük müharibə xalqımızın bütün mənsublarını istər ölkədə, istərsə də onun hüdudlarından kənarda bir yumruq kimi səfərbər edib birləşdirdi. Vətən müharibəsində qələbələrimiz təlim-tərbiyə işimizin on illərlə yetişdirə biləcəyi müsbət mənəvi keyfiyyətləri 44 gündə elə gücləndirdi, ona elə bir yeni məzmun verdi ki, bunu ancaq dərin fəlsəfi təhlil ilə xırdalamaq olar.

Digər çıxış edənlər  YAP  Şəmkir  rayon təşkilatının idarə  heyyətinin üzvi Qətibə Məmmədova, Şəmkir rayon təşkilatının qadınlar şurasının üzvi  Rəfiqə Mürsəlova, YAP Şəmkir rayon təşkilatı Bayramlı kənd ərazi ilk partiya təşkilatının sədri Mustafakamal Məhərrəmov, rayon təşkilatının fəal üzvlərindən Famil Həmidov, İlhamə İbrahimova bildiriblər ki, Unutmamalıyıq ki, düşmən üzərində qələbəmiz Heydər Əliyevin azərbaycançılıq siyasətinin qələbəsidir, onun təntənəsidir. Bu qələbə Heydər Əliyev siyasətini dönmədən həyata keçirən, ölkəmizin bütün etnoslarını vahid Azərbaycan milləti kimi Vətən müharibəsinə hazırlayan, “Mən hər bir azərbaycanlının prezidentiyəm”, “Azərbaycan dünyanın bütün azərbaycanlılarının vətənidir” - deyən Prezident İlham Əliyevin birləşdiricilik, quruculuq, xilaskarlıq missiyasının təntənəsidir. Qalibiyyətli Vətən müharibəsində azərbaycanlı kimliyi, vətəndaş millətçiliyi, vətən mənsubiyyəti etnik çərçivələri aşaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. 44 gündə düşmən üzərində hər yeni qələbəmiz Prezident İlham Əliyevin yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Bir yumruq kimi birləşən xalqımız həm öz möhtəşəm birliyi ilə, həm də bu birlikdən qaynaqlanan gücü ilə, Ali Baş Komandanın ifadəsi ilə desək, düşmənin başını əzdi.

Onlar Ali Baş Komandanın hər bir qələbə müjdəsi ordumuzun əsl qəhrəmanlıq şücaətlərindən xəbər verməklə, eyni zamanda bütün xalqı inamlı qələbə ruhuna kökləyirdi.

DİGƏR Xəbərlər Arxiv