YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Hacıqabul rayon təşkilatında "Prezident Cənab İlham Əliyevin siyasi fəaliyyətinin uğurlari və dövlətimizin müasir inkişaf prespektivləri" mövzusunda videokonfrans keçirilib

24 dekabr 2020-ci il tarixdə YAP Hacıqabul rayon təşkilatında "Prezident Cənab İlham Əliyevin siyasi fəaliyyətinin uğurlari və dövlətimizin müasir inkişaf prespektivləri" mövzusunda videokonfrans keçirilib.

Videokonfransı YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov açdı və Prezident cənab İlham Əliyevin uğurlu siyasi fəaliyyətindən, onun ölkəmizin inkişafı, güclənməsi və daha da qüdrətlənməsi naminə gördüyü məqsədyönlü işlərdən danışdı. O, bildirdi ki, Azərbaycan xalqı bütünlüklə Müzəffər Ali Baş Komandan İlham Əliyev Cənablarının ətrafında sıx birləşərək möhtəşəm qələbəyə nail olundu. Vətən Müharibəsində qazandığımız tarixi qələbə Ulu Öndər Heydər Əliyev siyasi kursunun və bu kursun layiqli davamçısı İlham Əliyevin siyasi fəaliyyətinin uğurudur. Cənab İlham Əliyev şanlı tarix yazmış görkəmli dövlət xadimidir və Müzəffər Sərkərdədir.

İstər Vətən müharibəsi dövründə, istərsə də hakimiyyətdə olduğu 17 ildə İlham Əliyev Azərbaycanın siyasi, iqtisadi və vətəndaş maraqlarının yüksək səviyyədə qorunması naminə daim yorulmadan fəaliyyət göstərmişdir.

Konfransda YAP Hacıqabul rayon təşkilatı İdarə Heyətinin üzvü Elnur Əmirəslanov və YAP Hacıqabul rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Xuraman Hüseynova çıxış etdilər.