YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamil Ayrım: Vətən müharibəsinin Qələbə ilə başa çatması Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir

Azərbaycan otuz illik işğal faktına baxmayaraq, hərtərəfli inkişaf yolu keçərək böyük bir coğrafiyada lider ölkəyə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun işğala son qoyması vəziyyəti kökündən dəyişdi. Azərbaycan şanlı Zəfəri ilə bütün region üçün məqbul ola biləcək əməkdaşlıq formatı yaradıb və xoşməramlı mövqeyini bütün dünyaya bəyan edib.

Bu fikirləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım söyləyib.

Azərbaycanın ərazi bütövlüyünün bərpasının ölkə iqtisadiyyatında tamamilə fərqli bir mənzərə yaradacağına əmin olduğunu diqqətə çatdıran deputat deyib: “Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf modeli və müstəqilliyin qorunması strategiyası Azərbaycanın tarixi dövlətçilik ənənələrini daha da gücləndirdi. Prezident İlham Əliyev bu siyasətin, müəyyən edilmiş strategiyanın reallığa çevrilməsi üçün fundamental əsaslar yaratdı. Qırx dörd günlük Vətən müharibəsinin Qələbə ilə başa çatması məhz bu siyasətin uğurlu nəticəsidir. Fədakar Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, gərək olduğu halda on milyonluq əhalinin hər biri Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Ordunun cəsur əsgəridir”.

Təcavüzkar Ermənistanın biabırçı hərbi məğlubiyyət əsasında təslimçilik aktını qəbul etməsinin bütün parametrlərlə, eləcə də Naxçıvanın blokadadan çıxarılmasının Azərbaycan başda olmaqla bütün qonşu ölkələr üçün faydalı olacağına əminliyini ifadə edən Şamil Ayrım deyib ki, Ümummilli Lider hansı qətiyyətlə Bakı-Tbilisi-Ceyhanı əfsanədən gerçəyə çevirib Avrasiyanın enerji təhlükəsizliyinə əlavə güc verdisə, Prezident İlham Əliyev də eyni şücaətlə Azərbaycan Ordusunun qüdrəti sayəsində işğal altındakı torpaqları xilas etdi. Prezident İlham Əliyevin siyasi gücü Azərbaycan xalqının birliyindədir.