YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: "Zəfəriniz mübarək, əziz Prezidentimiz"

Əziz Prezidentim,
Dəmir yumruqlu, qətiyyətli, yenilməz Ali Baş Komandanım! Nəyi nə zaman necə etmək lazım olduğunu hamıdan yaxşı bilən Liderim! Siz Azərbaycanımıza 17 illik rəhbərliyinizlə ölkəmizin bütün sahələrdə əldə etdiyi ölçüyəgəlməz uğurlara öz silinməz imzanızı ataraq QURUCU PREZİDENT, İSLAHATÇI PREZİDENT, NÜFUZLU PREZİDENT adlarını qazanmasınız. Növbəti yaşınıza isə Azərbaycan xalqı qarşısındakı əvəzsiz və fədakar xidmətlərinizə görə XİLASKAR PREZİDENT, XALQ QƏHRƏMANI, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN adları ilə daxil olursunuz.
Möhtərəm Prezidentim!
Siz hər bir azərbaycanlının prezidenti olmağı bacaran Prezidentsiniz! Siz hər bir azərbaycanlının qəlbində taxt qurmusunuz. Öz əməllərinizlə Sevgi taxtı, Ehtiram taxtı, Əbədi Liderlik taxtı qurmusunuz! Biz xoşbəxt xalqıq ki, sizin kimi müdrik, cəsur prezidentimiz var. 44 günlük Vətən müharibəsində verdiyiniz qətiyyətli qərarlarla, atdığınız dönməz addımlarla cəsur bir sərkərdə, məntiqi düşüncələriniz və gerçəkləri əks etdirən mesajlarınızla yenilməz bir rəhbər olduğunuzu bir daha nümayiş və sübut etdiniz. Bir-birinə bağlı olan bu iki amil şanlı Azərbaycan ordusunun zəfər qazanmasında və bu qələbənin dünya birliyinə qəbul etdirilməsində həlledici gücə çevrildi.
Ulu Öndər, ölməz Heydər Əliyevin möhtəşəm əsəri olan, ötən illər ərzində bu əsəri böyük bir sevgiylə daha da canlandırdığınız, qurub yaratdığınız Azərbaycanın xoşbəxtliyi sizin xoşbəxtliyinizdir. Sizin xoşbəxtliyiniz isə hər bir Azərbaycan vətəndaşının xoşbəxtliyi deməkdir. Bu mənəvi bağlılıqdan qürur duyur və Azərbaycanın işıqlı gələcəyinə inanırıq. Allah sizi qorusun! Hər zaman var olun! Hər zaman bizimlə olun!