YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev bir qrup hərbi qulluqçunu “Zəfər” ordeni və “Qarabağ” ordeni ilə təltif edib

Dekabrın 9-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif olunub. Onlardan 33 nəfəri (3 nəfər ölümündən sonra) “Zəfər” ordeninə, 204 nəfəri (48 nəfər ölümündən sonra) “Qarabağ” ordeninə layiq görülüb.

 

DİGƏR Xəbərlər Arxiv