YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanı ziyarət olunub

Bu gün Ağdam rayonu erməni işğalından azad olunub. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən işğalçı erməni hərbi birləşmələri Ağdam rayonunu tərk ediblər.

Bu münasibətlə Azərbaycan vətəndaşları Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Vətəndaşlar “Ağdam azaddır!”, “Qarabağ Azərbaycandır!”, “Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan Ordusu!” şüarları səsləndiriblər.