YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İslam Əməkdaşlıq Təşkilatı bir daha Azərbaycana dəstəyini ifadə edib

İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Azərbaycan və Ermənistan arasında döyüşlərin dayandırılmasını alqışlayır.

Təşkilatın noyabrın 16-da yayılmış bəyanatında deyilir: “İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində Azərbaycan və Ermənistan arasında döyüşlərin dayandırılmasının elan edilməsini alqışlayır.

Baş Katiblik Azərbaycanla Ermənistan arasındakı münaqişənin İƏT və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə və qərarları əsasında həll olunmasını daim dəstəkləyib.

İƏT-in Baş Katibliyi Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha ifadə edərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri prinsipləri əsasında, Azərbaycanın işğal altında qalan digər ərazilərindən də tam və qeyd-şərtsiz çıxarılmasına ümid etdiyini bildirir”.