YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: 44 günlük müharibə tarixi ədaləti bərpa edib 30 illik işğala son qoydu

  “Azərbaycan İkinci Qarabağ müharıbəsində qələbə qazandı. Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz canı-qanı bahasına “məğlubedilməz ermənı ordusu” mifini 44 günə dağıtdı, bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa məcbur etdi, ərazi bütövlüyümüz bərpa olundu. Dövlətimizin başçısı status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini Azərbaycan diktə edir. Bu müharibə  tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Sübut olundu ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı  heç bir qərar qəbul edilə bilməz.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

  M.Həsənov qeyd edib ki,  Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə də ordumuzun gücündən geniş bəhs edərək “Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir” çağırışını etdi. Təbii ki,  döyüş meydanında  zəfərlərimiz  siyasi müstəvidə qələbənin qazanılmasını şərtləndirdi: “30 ilin reallığı bu idi ki, torpaqlarımızı  müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi. Azərbaycan uzun illər  beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik Şurasının, digər  beynəlxalq təşkilatların qərar və qətnamələrinin  icrasına çağırış etsə də,   ölkəmizin haqq səsi qulaq ardına vuruldu.  Bunun əksinə olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri “münaqişənin hərbi həlli yoxdur” kimi bəyanatlar verir, vasitəçilik missiyalarını  reğiona qeydiyyat xarakterli nəticəsiz səfərləri ilə bitmiş hesab edirdilər. Amma Azərbaycan Ordusu 44 gündə yeni reallıqlar yaratdı.”

  “Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanat məzmun, mahiyyət, nəticə etibarilə işğalçı Ermənistanın məğlubiyyəti, Azərbaycanın siyasi qələbəsidir. Bu sənəd  sentyabrın 27-dən Azərbaycan Ordusunun  zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır” söyləyən millət vəkili bildirib ki, ən mühüm məqamlardan biri  münaqişə tərəflərinin  razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması  məqsədilə  atəşkəsə nəzarət üzrə  sülhməramlı  mərkəzin yaradılması, qardaş, dost ölkənin-Türkiyənin bu mərkəzdə təmsil olunmasıdır: “Hər zaman Azərbaycanın yanında olan Türkiyə  real olaraq bölgənin təhlükəsizliyinin  təminatçılarından birinə çevrildi. Bu tarixi sənəd ədalətin, haqqın, Azərbaycanın ərazi bütövlüyünün təminatının təsdiqi olmaqla yanaşı, qələbəmizin  beynəlxalq hüquq çərçivəsində  dəstəklənməsidir. Təbii ki, bu uğurlarımızda Azərbaycanın 30 ilə yaxın müddətdə bütün təzyiqlərə baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz mövqeyinin, müstəqil siyasətinin rolu böyükdür. Qətiyyətli siyasi iradə nümayiş etdirən dövlətimizin başçısı  İlham Əliyev  öz prinsipial mövqeyindən dönmədi.  44 gündə xarici mətbuata 30-a yaxın müsahibələrinin hər birində münaqişənin əsl mahiyyətini, dünyanın ikili standartlar əsasında yanaşmasının yaratdığı problemləri, Ermənistanın işğalçılıq və faşist siyasətini faktlar əsasında bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıran cənab İlham Əliyev jurnalistlərin dəfələrlə səsləndirdiyi  ittiham dolu, qərəzli, Ermənistana dəstəkdən irəli gələn suallarını təmkinlə cavablandıraraq onlara güzgüyə baxmağı tövsiyə etdi. Cünki bunu düşünülmüş və məqsədyönlü siyasət nəticəsində dünyaya nümunə olan   Azərbaycanın hazırkı  real mənzərəsi  diktə edirdi.”

   M.Həsənov  bu məqamı xüsusi vurğulayıb ki,  dövlətimizin başçısı İlham Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə də vurğuladığı kimi, bu  müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, Prezident-xalq-ordu birliyi sayəsində  qazandıq. Qarabağın tacı olan Şuşamız öz tarixi sahibinə qayıtdı. Bir daha sübut etdik ki, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.