YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşanın azad edilməsı həm də mədəniyyətimizin və incəsənətimizin işğaldan azad edilməsi deməkdir

Kamilə Əliyeva

Milli Məclisin deputatı 

Bu günlər Azərbaycan son 200 ildə tarixinin ən zəfərli günlərini yaşayır. Bu illər ərzində Azərbaycan heç vaxt belə güclü olmamışdır. Bütün dünyada Azərbaycanı tanıyanlar və Azərbaycan haqqında məlumatı olmayanlar Azərbaycanı qüdrətli bir dövlət kimi tanıdılar.
All Baş Komandan cənab İlham Əliyev başda olmaqla Azərbaycan əsgəri şərəfli bir tarix, həm də hərb salnaməsi yaratdı. 30 il ışğal altında olan torpaqların böyük bir hissəsini qısa müddətdə azad etdi. İşğal dövründə Ermənistan bu torpaqlarda güclü müdafiə istehkamları qurmuş və kifayət qədər silahlanmışdı. Buna baxmayaraq Ermənistan Ordusu 44 gün Azərbaycan Ordusu qarşısında tab gətirə bildi. Bu müddət ərzində Azərbaycan Ordusu 4 rayon mərkəzinı, 300 dən çox kənd və qəsəbələri, mühüm yüksəklikləri işğaldan tam azad etdi. Bu, dünya hərb tarixinə yazıla biləcək bir qalibiyyət idi. Noyabr ayının 8 də Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycanlılar üçün xüsusilə önəmlidir. Şuşa Azərbaycanlıların qürur mənbəyi sayılır. Bu şəhər Qafqazın incəsənət mərkəzi, Azərbaycanın mədəniyyət beşıyidir. Şuşanın azad edilməsi, həm də mədəniyyətimizin, incəsənətimizin işğaldan azad edilməsi deməkdir. Həmin gün prezident cənab İlham Əlıyevin ulu öndər Heydər Əliyevin qəbrini ziyarət etməsi ata vəsiyyətinin yerinə yetirildiyi anlamına gəlir. Hələ sağlığında Ümummilli Lider Heydər Əliyev İlham Əliyevə özü qədər inandığını demişdi. Bu gün prezident cənab İlham Əliyev xalqına sədaqətı ilə bu inamı doğruldur və doğrultmaqda davam edir.
Şuşanın işğaldan azad edilməsi ilə Ermənistanın Baş Naziri Paşinyan və onun hərbi rəhbərliyi öz məğlubiyyətlərini etiraf etdilər. Ölkə başçısının dediyi kimi, Paşinyan Azərbaycan xalqı qarşısında diz çökdü.
Cənab İlham Əliyev Paşinyanı diz çökdürməklə yanaşı sülh müqaviləsinə imza atmağa da məcbur etdi. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərdən koputulyasiya edildi.
İmzalanmış sülh müqaviləsindən sonra Paşinyan öz xalqının qəzəbindən qorxub qaçıb gizləndi. Bu günlərdə sosial şəbəkələrdə Paşinyan və onun müdafiə naziri Azərbaycan dövlətinin Ermənistandan istər iqtisadi, istərsə də hərb sahəsində dəfələrlə güclü olduğunu etiraf etdilər, müharibənin bir neçə gün də uzanacağı təqdirdə Ermənistanın daha ağır duruma düşə biləcəyini qeyd etdilər.
Azərbaycanın Müzəffər Ordusu Dağlıq Qarabağ ətrafındakı 4 rayonu hərbi yolla işğaldan tam azad etdı. Ağdam, Kəlbəcər və Laçın rayonları bağlanmış sülh müqaviləsi nəticəsində işğaldan azad ediləcək. Bəli, bu gün əminliklə demək olar ki, bütün torpaqlarımız işğaldan tam azad edildi. Bu qələbə bizə asan başa gəlmədi. Şəhidlərimiz də oldu. Amma yenilməz Azərbaycan Ordusu düşmənə layiqli cavabını verdi. Müharibə zamanı xaricdən cənab İlham Əliyevə gördüyümüz və bilmədiyimiz təzyiqlər göstərilirdi. Lakin İlham Əliyev bütün bu təzyiqlərə qətiyyətlı cavablar verirdi.
Bu Vətən Müharibəsində qalıb gəlməyimizin əsas səbəbləri Alı Baş Komandanın qətiyyəti , güclü və vətənpərvər Ordumuz, misli görünməmiş ümumxalq birliyi oldu. Prezident cənab İlham Əliyev Ordumuzun Ali Baş Komandanı olmaqla bərabər həm də Azərbaycan xalqının birinci əsgəri olduğunu, ürəyinin bir parçasının səngərdə olduğunu sübut etdi.
Bu qələbədən sonra Azərbaycan istər iqtisadi, istərsə də siyasi cəhətdən daha da güclü olacaq və dünyada söz sahibinə çevriləcək.