YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yalnız Azərbaycan vətəndaşı olan ermənilər orada yaşaya bilər

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü

Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən uğurlu döyüş əməliyyatları nəticəsində Azərbaycan özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazanıb. Bu qələbəni şərtləndirən amilləri təmin etmək üçün zəruri olan bütün addımlar atılıb. Ordumuzun rəşadəti, xalq-iqtidar birliyi Qarabağ münaqişəsinin həllini milli maraqlarımıza uyğun həllini təmin edib.

44 gün davam edən Vətən  müharibəsi  haqqında hələ tarix kitablarında çox yazılacaq, siyasətçilər çox araşdırma aparacaq, təhlil və diskussiyalarda çox məqamlara aydınlıq gətiriləcək. 

Keçmiş Ermənistan prerzidenti Ter Petrosyan vaxtilə söyləmişdir ki, indi Heydər Əliyevin təklifləri ilə razılaşmırsınızsa, gələcəkdə bundan daha ağır şərtləri qəbul etməyə sevinəcəksiniz.

Azərbaycan öz gücü ilə bu reallığı təmin edib: “Azərbaycan xalqının az qala yüz illiklərlə davam edən bir nisgili, dərdi həll olundu. Xalqımız bu gün möhtəşəm qələbəyə sevinir. Dağlıq Qarabağın tam şəkildə geri alınması tarixi bir qələbədir. Bu gün Ordumuzun gücü qarşısında ermənilər qeyri-şərtsiz təslim oldu. Artıq proseslərdə şərt qoyan, diqtə edən tərəf Azərbaycandır”.

Düşünürəm ki, sülhməramlılar ancaq nəzərdə tutulan təhlükəsizlik koridoruna nəzarət edəcək.

İlk növbədə həmin ərazilərdən didərgin salınmış azərbaycanlıllar öz yürdlarına qayıdacaq: “Bu prosesdə BMT-nin Qaçınlar Üzrə Ali Komissarlığı iştirak edəcək”.

Xüsusi ilə bunu da qeyd etmək lazımdır ki, Türkiyə də sülhyaratma prosessində yaxəndan iştirak edəcək.

Ümumillikdə Qarabağ regionu ilə bağlı heç bir statusdan söhbət gedə bilməz: “Orada olan yerli ermənilər pasport qaydasında həmin ərazilərdə yaşaya biləcəklər. Bölgənin abadlaşdırılması və yenidən qurulması təmin olunacaq. Ancaq Azərbaycan vətəndaşı olan ermənilər bu ərazilərdə yaşaya bilər. Digər məqsədlər üçün Qarabağda hansısa bir qrupların yaşaması qeyri-mümkündür”.