YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədidə Qələbə Bayramı qeyd edilmişdir

Ağcabədi rayon İcra Hakimiyyəti və YAP Ağcabədi rayon təşkilatınını təşkilatçılığı ilə Şuşa şəhərinin işğaldan azad edilməsi və II Qarabağ müharibəsində Ermənistan üzərində qələbə qazanılması ilə əlaqədar Ağcabədidə silsilə tədbirlər keçirilmişdir. Yüzlərlə YAP fəalı və gənclər əllərində Azərbaycan və Türkiyənin bayraqlarını tutaraq,  küçə və meydanlara çıxaraq  bayramı böyük coşqu ilə qeyd etmişlər.

Şuşanın işğaldan azad edilməsi ilə əlaqədar YAP Ağcabədi rayon təşkilatının inzibati binasının qarşısında keçirilən tədbiri  YAP  rayon təşkilatının sədr müavini Eldəniz Qənbərov açmışdır.

Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon  təşkilatının Qadınlar Şurasının sədri Radə Qafarova, Azərbaycan  Dövlət Pedaqoji Universitetinin  Ağcabədi filialının  müəllimi Tahir Kərimli,  Şuşa sakinləri Mətanət Fərzəliyeva və  Əliş Abbasov çıxış edərək  tədbir iştirakçılarını, bütövlükdə Azərbaycan xalqını təbrik etdilər. Çıxışlarda vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun müzəffər yürüşü nəticəsində Sentyabrın 27-dən başlayaraq  Azərbaycan Ordusu  30 ildən artıq işğal altında olan yaşayış məntəqələrini, o cümlədən Qarabağın tacı olan Şuşanı işğaldan azad etmişlər. Bu qələbə iqtidar, xalq, ordu birliyinin bariz nümunəsi olmaqla  Azərbaycanın tarixində yeni bir salnamədir.

Qarabağın işğaldan azad olunmasi ilə əlaqədar keçirilən tədbirdə əllərində  bayraqlar və plakatlar tutan gənclər maşın karvanları ilə Ağcabədi şəhərinin Heydər Əliyev meydanından şəhidlər xiyanbanınadək yürüş etmiş, gənclərin bir qrupu isə  eni 6 metr, uzunluğu 50 metr olan Azərbaycan bayrağını yol boyu başları üzərində  dalğalandırmışlar.

Tədbir YAP Ağcabədi rayon təşkilatının inzibati binasının  qarşısında böyük konsert proqramı ilə bütün gün ərzində davam etmişdir.