YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Otto Hauzer: Azərbaycan Dağlıq Qarabağı və ətraf 7 rayonu öz tərkibinə qaytarmaq yolundadır

Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulması ilə bağlı fikirlərini bölüşüb.

Otto Hauzer Prezident İlham Əliyevi və Azərbaycan xalqını bu vacib addım münasibətilə təbrik edib. Bildirilib ki, beləliklə, Azərbaycan Dağlıq Qarabağın və ətraf 7 rayonun öz tərkibinə qaytarmaq yolundadır. Otto Hauzer qeyd edib ki, qaçqınların vətənlərinə qayıtmasına dair razılaşma çox vacib humanitar addımdır.

Otto Hauzer, həmçinin vurğulayıb: “Ermənistana aydın olmalıdır ki, artıq qan tökülə bilməz. İndi Yerevanda anlayış hökm sürməlidir”.