YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Bu gün Azərbaycan Ordusunda və cəmiyyətində döyüş ruhu yüksəkdir

“27 sentyabrdan Ermənistan təxribatları ilə başlayan döyüşlər Azərbaycan ordusunun uğurlu qələbələri ilə davam etməkdədir və artıq Azərbaycan 30 ildir pozulmuş ərazi bütövlüyünü tam bərpa etməyə yaxınlaşır”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Sevinc Hüseynova bildirib ki, Azərbaycan əks-hücum əməliyyatlarını beynəlxalq qanunlar çərçivəsində aparır və döyüşlər Azərbaycan ərazisində gedir: “Azərbaycanın heç kimin ərazisində gözü yoxdur, biz öz ərazi bütövlüyümüzü bərpa edirik və bütün beynəlxalq qanunlar Azərbaycanın tərəfindədir. Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu məqsədə yaxınlaşırıq”. Onun sözlərinə görə, bu gün Azərbaycan ordusunda və cəmiyyətində yüksək döyüş ruhu yüksəkdir: “Eyni zamanda ordumuz müasir hərbi texnika və mükəmməl texnologiyaya sahibdir. Ermənilər bu 30 ildə öz orduları haqqında miflər uydururdular, məğlubedilməz kimi təqdim etməyə çalışırdılar, Azərbaycan torpaqlarını təkbaşına işğal etdikləri barədə yalanlar danışırdılar. Lakin sentyabrın 27-də başlayan döyüşlər kimin kim olduğunu göstərdi, ermənilərin “məğlubedilməz orduları” haqqında uydurduğu miflər darmadağın edildi, ermənilərin 30 ildə qurduqları “alınmaz qalalar” qısa müddət ərzində rəşadətli ordumuz tərəfindən yarıldı və düşmən qovuldu”.

S.Hüseynova vurğulayıb ki, bu gün Ermənistan məğlub vəziyyətindədir, sadəcə bunu açıq etiraf etməkdən çəkinir: “Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə məktub göndərərək hərbi yardım istəməsi əslində məğlubiyyətin etirafı idi. Lakin məlum olduğu kimi Paşinyanın bu cəhdi də uğursuz alındı, Rusiya yalnız Ermənistan ərazisinə müdaxilə olunduğu halda yardım göstərə biləcəyini bildirdi. İndi Paşinyanın qarşısında yalnız bir seçim qalır – öz xalqına məğlubiyyəti etiraf etmək və Azərbaycan ərazilərindən tamamilə çıxmaq. Əks halda onlar Azərbaycan ordusu tərəfindən qovulacaq”.