YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Azərbaycanın ərazi bütövlüyü üçün hər birinizi “amma, əgər” demədən səsinizi çıxarmağa çağırıram

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Komissiyasının videoformatda keçirilən 130-cu nazirlər toplantısında çıxış edib.

Mövlud Çavuşoğlu Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) siyasi məqsədlər üçün istifadə edilməsinin yolverilməzliyini bildirib. Nazir deyib: “Azərbaycanın ərazi bütövlüyü üçün hər birinizi “amma, əgər” demədən səsinizi çıxarmağa çağırıram. İkili standartlar olmamalıdır. Gürcüstan və Ukraynanın ərazi bütövlüyü və suverenliyini necə müdafiə ediriksə, Azərbaycanın da haqlarını eyni qaydada qorumalıyıq. Azərbaycan, sadəcə olaraq, beynəlxalq səviyyədə tanınmış ərazilərinə nəzarəti bərpa etmək istəyir”.

Azərbaycanın fəaliyyətinin BMT Təhlükəsizlik Şurası, ATƏT və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərar və qətnamələrinə, xüsusilə də AŞPA-nın 2005-ci ildə qəbul etdiyi 1416 nömrəli qətnaməyə uyğun olduğunu diqqətə çatdıran türkiyəli nazir deyib ki, Ermənistan işğala son qoymalı, mülki azərbaycanlı əhalini hədəfə aldığına və atəşkəs razılaşmasını pozaraq hücumlar etdiyinə görə məsuliyyət daşımalıdır.

Türkiyənin terrorizmin bütün təzahürlərinə və zorakılığa qarşı olduğunu ifadə edən Mövlud Çavuşoğlu deyib: “Terrorizmdən ən çox əziyyət çəkən ölkə olaraq Türkiyə Fransada və Avstriyada günahsız insanların ölümünə səbəb olan terror aktlarını qınayır. Eyni zamanda, aralarında müəllimlərin də olduğu minlərlə mülki vətəndaşımızı qətlə yetirən PKK terroruna qarşı da eyni həmrəyliyi gözləyirik”.