YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Putin: Rusiya Cənubi Qafqazda münaqişənin daha tez başa çatmasından ötrü əlindən gələni edir

Rusiya Cənubi Qafqazda münaqişənin daha tez başa çatmasından ötrü ondan asılı olan hər şeyi edir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin dini icmaların nümayəndələri ilə görüşdə bəyan edib.

RF Prezidenti deyib: “Bilirsinizmi, Rusiya Cənubi Qafqazda münaqişənin mümkün qədər tez başa çatması, qarşı-qarşıya duran və təəssüf ki, indiyədək bir-birini avtomat, tüfəng nişangahından görən, bir-birinə qarşı silah qaldıran insanların həyatını qorumaqdan ötrü ondan asılı olan hər şeyi edir”.

Rusiyalı lider əminliyini ifadə edib ki, qarşıdurma tərəflərinin məqsədlərinə sülh danışıqları prosesinin gedişində nail olmaq mümkündür. O deyib: “Hər halda biz həm Ermənistanla, həm də Azərbaycanla təmasdayıq. Ümidvaram ki, biz regionda yaşayan bütün insanları qane edən şərtlər daxilində nəticəyə nail ola biləcəyik”.