YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: ABŞ-dakı radikal erməni lobbi qruplarının “New York Times”a qarşı hücumlarını və təhdidlərini qətiyyətlə pisləyirik

ABŞ-dakı radikal/şovinist erməni lobbi qruplarının Fransada TF1 çəkiliş qrupuna qarşı olduğu kimi, “New York Times”a qarşı da hücumlarını və təhdidlərini qətiyyətlə pisləyirik.

Bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.

“İfadə azadlığını, azad medianı boğmağa çalışırlar. Həmin reportajın bəzi hissələri ilə razılaşmasaq da, biz onların işlərinə hörmət edirik”, - deyə Prezidentin köməkçisi qeyd edib.