YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əminə Ağazadə: Müharibə zonasından kənarda yaşayan insanların, günahsız körpələrin qətlə yetirilməsi Ermənistanın faşist mahiyyətinin növbəti ifşasına çevrilir

"Sentyabrın 27-dən başlayaraq erməni təxribatlarının qarşısının alınması istiqamətində aparılan əks-hücum əməliyyatları bir daha Azərbaycan dövlətinin gücünü, Azərbaycan Ordusunun döyüş hazırlığını bütün dünyaya, o cümlədən düşmən Ermənistana nümayiş etdirdi. Qısa zaman kəsiyində işğal altında olan torpaqlarımızın mühüm bir hissəsinin azad edilməsi xalqımızda qürür və ruh yüksəlikliyi yaradıb. Döyüş meydanında açıq şəkildə məğlubiyyətə uğrayan işğalçı Ermənistan isə düşdüyü durumu günahsız insanlara, dinc sakinlərə qarşı terror həyata keçirməklə kompensasiya etməyə çalışır. Bütün müharibə qanunlarını, o cümlədən beynəlxalq hüququn norma və prinsiplərini, Genevrə konvensiyasının tələblərini pozan Ermənistanın Bərdə şəhərinə qarşı qadağan olunmuş "Smerç" tipli raketlərlə hücum etməsi birmənalı şəkildə hərbi cinayət, soyqırım aktıdır. Müharibə zonasından kənarda yaşayan insanların, günahsız körpələrin qətlə yetirilməsi Ermənistanın faşist mahiyyətinin növbəti ifşasına çevrilir. İnanıram ki, dünya birliyi, beynəlxalq hüququn təmin olunmasını özünə prioritet seçmiş təşkilatlar Bərdə rayonunda, eləcə də Gəncə şəhərində və digər regionlarımızda yaşayan vətənhdaşlarımıza qarşı aparılan bu amansız terrora qarşı öz mövqelərini ortaya qoyacaqlar. Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdikləri bu ağır cinayətin məsuliyyətini daşıyacaq". Bu fikirləri Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

 Millət vəkili bildirib ki, bu gün Azərbaycan xalqı birmənalı şəkildə öz Prezidentinin, Ali Baş Komandanın ətrafında birləşərək torpaqların azad edilməsi uğrunda mübarizə aparır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırıldığını deyən Ə.Ağazadə onu da vurğulayıb ki, ötən bir ay ərzində ermənilərin illərlə yaratdıqları yalan təbliğat maşını darmadağın edilib, onların yalançı məsum obrazları ifşa olunub. "Cənab Prezidentimiz aparıcı xarici KİV-lərə müsahibələrində münaqişənin mahiyyəti, Ermənistanın işalçı siyasət yürütməsi və regiondakı sabitliyə, inkişfa törətdiyi təhdidlərlə bağlı olduqca dəyərli fikirlər bildirib. Bu, Ermənistanın informasiya müharibəsi müstəvisindəki çöküşünü tam təmin edib. Bu gün dünyanın aparıcı media orqanları, televiziyaları cənab Prezidentimizin fikirlərinə istinad edərək Ermənistanın iç üzünü açır. Münaqişənin ilk günlərində bu və ya digər şəkildə işğalçı Ermənistana dəstək verməyə çalışan bəzi xarici ölkələr Prezident İlham Əliyevin qətiyyəti, mahir diplomatik qabiliyyəti, yüksək intellekti qarşısında geri çəkilirlər və bu hər kəsin gözü önündə baş verir. İnanıram ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Müzəffər

Ordumuzun gücü sayəsində qısa zamanda ərazi bütövlüyümüz təmin olunacaq, beynəlxalq hüququn prinsipləri yerinə yetəcək və ədalət öz yerini tapacaq,"-deyə millət vəkili əlavə edib.